
Mən səni o qədər çox istədim ki, 
Gecəmi gündüzlə dəyişik saldım .
Bilmirəm bu necə məhəbbətdir ki , 
Alışdım gizlicə od tutub yandım... 
Mən səni o qədər çox istədimki , 
Yoxluqda var oldun gözüm önündə , 
Belə bir sevgi də hec olmayıb ki , 
Nə əvvəl ,nədəki keçmiş dövürdə... 
Mən səni o qədər çox istədim ki , 
Uzaqkən sən mənə yaxında oldun , 
Dünyamın içində dünyasan sanki , 
Gündə neçə kərə anaraq duydum ... 
Mən səni o qədər çox istədimki,
Qışım heç bitmədi yazım olmadı,
Bütün həyatımı sənə verdim ki
Özümə baxmağa üzüm olmadı.
Mən səni o qədər çox istədim ki,
Gözüm buludlardan nəm çəkdi mənim,
Sənlə bağlı hər şey şirin xəyaldı,
Həsrətim ,hicranım gerçəkdi mənim.
Mən səni o qədər çox istədim ki , 
Coşdum eşqin ücün dalğalandım mən ,
Əl acdım Rəbbimdən arzu etdim ki, 
Uzaq olmuyasan Seymur Sönməzdən
YAZAR:SEYMUR SÖNMƏZ PAŞAYEV