MƏN SƏNİ VERMƏRƏM BAŞQA BİRİNƏ
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:14 09 oktyabr 2018 tarixində əlavə olunmuşdur

MƏN SƏNİ VERMƏRƏM BAŞQA BİRİNƏ

 

Telinə çiçəkdən çələng düzərəm,

Yolunda can verib hər an ölərəm,

Oxşarsız,bənzərsiz elə sevərəm,

Mən səni vermərəm başqa birinə.

 

Qışın yox edərəm yazım olarsan,

Al lalə bənövşəm nazım olarsan,

Çoxunu demirəm,azım olarsan,

Mən səni vermərəm başqa birinə.

 

Gündüzlər günəşim gecə nurlu ay.

Deyim bircə-bircə sadalayım say,

Verginən səsimə sədama haray,

Mən səni vermərəm başqa birinə.

 

Düşsəmdə söhbətə düşsəmdə dilə,

Nə qədər deməyə sözüm var hələ,

Sonum qara məzar olsada belə,

Mən səni vermərəm başqa birinə.

 

Axtarıb aramam obanı eli,

Hüsnün ağlım alıb edibdi dəli,

Sevəcəm ,səvəcəm sən tək gözəli,

Mən səni vermərəm başqa birinə.

 

09.10.2018

MÜƏLLİF:SEYMUR SÖNMƏZ (PAŞAYEV)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0249 saniye