MƏN SEVİNCƏ TAMAM BAŞQA OLURAM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 15:01 01 noyabr 2018 tarixində əlavə olunmuşdur

MƏN SEVİNCƏ TAMAM BAŞQA OLURAM

 

Qəlbim fəsllərin yazına bənzər,
Ruhum çalğıların sazına bənzər,
Parıldar ,nur saçar baxan bu gözlər,
Eşqlə, məhəbbətlə coşub çaxaram,
Mən sevincə tamam başqa oluram.
 
Ulduztək sayrışır fikirim, xəyalım,
Dəyişir əhvalım,dəyişir halım,
Dolanım başına ,qadanı alım,
Elə nəğmə dolu şeir yazıram,
Mən sevincə tamam başqa oluram.
 
Hicranla çıxıram əlbəyağa tək,
Vüsalı dadmaqdı arzu və dilək,
Məni mənliyimdən edən ay mələk,
Hey səni düşünüb,səni anıram,
Mən sevncə tamam başqa oluram.

Vəfamı,eşqimi  sanma ötəri,
Vurulub hüsnünü görəndən bəri,
Seymurun işvəli,nazlı gözəli,
İlhamım pərisi səni sanıram,
Mən sevincə tamam başqa oluram.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

28.10.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0329 saniye