mən tanrının parçasıyam
Sən An tərəfindən "Şeir" bolməsinə 21:22 30 may 2014 tarixində əlavə olunmuşdur

mən Tanrının parçasıyam,
gəlmiş idim yer üzünə.
yerdə üzümə baxmadılar,
parçalandım göy üzünə.

mən Tanrının parçasıyam,
mən şərəf,vicdanam,
insanlarda gördüyüm qansızlığa,
susamaram,susmaram.
hayqıraraq qan qusaram.

mən Tanrının parçasıyam,
bir çiyində yatır mələk,
bir çiyində şeytan çevirir,
çərxi fələk.

mən Tanrının parçasıyam,
mən şeirəm,mən qələməm,
mən şairəm,
“mən”liyimi hələ çox sətirlərə,
yazasıyam.
çünki mən Tanrının parçasıyam.

mən Tanrının ayağıyam,
qaçıram tərki-dünya buralardan,
siz yatın hələ cah-cəlal yatağında.
bir gün ayılarsız xülyalardan.

ayılanda öləcəksiz.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye