Mən Təbrizəm..!
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 09:41 05 dekabr 2014 tarixində əlavə olunmuşdur

Mən Təbrizəm

Səsi kəsilmiş şəhərəm

Susuram fars əsiriyəm

Mən türklərin boynuna salınmış

edam kəndiriyəm.

Mən təkəm,

mən cənub torpağıyam.

Bu torpaq üçün axıdılan qanam

Mən bütöv Azərbaycanam.

Baxıram kiçik qardaşıma həsrətlə.

Yaşayır o,sevinclə kədərlə

Unudubdur deyəsən məni

İnsanları da xoşbəxt sanki yox

dərdləri.

Axı unudarmı qardaş-qardaşı ?

Hanı bozqurdum? hanı Cin sarayını

basıb Kürşadım ?

Bax şimal qardaşım, kiçik qardaşım

Mən tək qalmışam.

Ərdəbilim qan içindədir.

Marağam qəfəsdədir.

Urmiyam qurudulur.

Azərbaycanım Son nəfəsdədir.

 

2010.


... dəfə oxunub
Qiymət: 9/10(25 səs)
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0265 saniye