mən torpağam,
yagışlarda içirəm damlaları,
palçıq oluram.
mən torpağam,
əzilirəm ayaq altda,
canı yarımçıq oluram.
günəşdə isinirəm,
açaraq ona qucağımı,
məni yandırır bəzən,
güvəndiyim işıqlar,
bədənim çat-çat oluram.
mən torpağam,
çiçəkli bağçalarım,
bağlarım,binalarım var mənim.
oralarda yaşayan ,
insanlarım var mənim.
mən torpağam,
bütün izləri saxlayıram.
siz canlıların yükünü,
öz çiynimdə daşıyıram.
tapdalayırsız üstümdən,
körpü çəkirsiz gözümdən.
amma hələki susuram,
çünki sonda mən sizləri uduram,
ölülərin yatağıyam.
sinəmdə məzar daşı,
onsuzda qurutmur gözünüzdəki yaşı.
mən torpağam,
bir gün səni siləcəm üstümdən.