Sənlə başlamışdı,bitən hekayəm
İstədim sonunu sənilə yazam.
Dərdim çox böyükdür,yaza bilmirəm
Sən unutsan belə mən unutmaram
Könlümdə daima sən oldun mənim
Elə o gündəndə var könül yaram
Səni tanıyandan ağlar gözlərim
Sən unutsan belə,mən unutmaram
Sənə asan olar,mənsiz yaşamaq
Mənisə ölərəm,sənsiz yaşamam
Sən üçün heçnədir,qəlbi odlamaq
Sən unutsan belə mən unutmaram
Unutmaq istəsə,səni bu qəlbim
Qəlbən sevdim səni heç unutmaram
Vüqaram sevgidə bütövdür əhtim
Sən unutsan belə mən unutmaram