Mən xərçəngəm
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 14:18 07 noyabr 2015 tarixində əlavə olunmuşdur

Mən xərçəngəm. Sonuncu mərhələsindəyəm. Şansım sıfıra bərabərdir. Barmaqla sayılası günlərim qalıb artıq. Amma o günlərimi xəstəxanada deyil, evimdə keçirtməyə qərar vermişəm.

Tanış-biliş, qohum-qonşu qalmayıb ki, gəlib mənə yoluxmasınlar. Kaş biləydilər. Səssizliyə ehtiyacım olduğunu biləydilər. Onların səs-küylərinə necə də nifrət edirəm, İlahi! Düşünürlər ki, xəstə adamı əyləndirmək, güldürmək, danışdırmaq lazımdır. Heç nədən xəbərləri yoxdur. Ağrılarımdan xəbərləri yoxdur. Amma susuram, cansız gözlərimlə susuram. Onları susdurmaqdan ötrü yox, özümü susdumaq üçün susmağa məcburam. Sanki indicə bağıracaqdım, onları təhqir edəcəkdim, rədd olmalarını əmr edəcəkdim.

Həyat onlar üçün davam etməkdədir. Xəstəni sağaltmaq istəyirlər, möcüzə gözləyirlər, dua edirlər. Amma boş yerə! Sizin sözləriniz, gülüşləriniz, əməlləriniz mənim ölümümü əngəlləyən deyil.

Onlar getdikdən sonra həyat yoldaşım, uşaqlarım, valideynlərim gəlirlər. Bu dəfə səssizlikdir. Onlara zorla da olsa gülümsəməyə çalışıram. Övladlarım hələ məktəblidirlər. Gözlərim yaşarır ki, onları bir daha görə bilməyəcəyəm. Qızımın gəlinliyini, oğlumun bəyliyini görə bilməyəcəyəm. Onları dəstəkləmək, uğurlarına sevinmək, uğursuzluqlarında yanlarında olmaq istəyirdim halbuki.

Heç bir valideyn övladının, heç bir övlad valideynin ölümünü görməməlidir. Amma anamla atam, övladlarım görməyə məhkumdurlar. Anamın arıqlayıb bir dəri, bir sümükdən ibarət olduğunu görmək mənə acı verir. Atamın saçlarının sürətlə ağardığını görmək məni incidir. Həyat yoldaşımın gözlərinin altındakı torbaları görmək mənə əzab verir. Övladlarımın halları məni yandırır.

Sizin günahınız yoxdur, əzizlərim. Bu, sadəcə, mənim taleyimdir.

Bu iynələr, bu dərmanlar mənim ömrümü daha da azaldırlar.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0302 saniye