Mən xəyallarımla sevgiliyəm
Muzafferus tərəfindən "Şeir" bolməsinə 10:54 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Bir gecə
Saat 3-5
Unutmuşam.
Oturmuşam bir küncdə, boş bir otaqda.
Soyuq,
Bir az da qorxu hiss edirəm.
Mən, mən xəyallarımla baş-başa qalmışam.
Həyatında heç səhra görməyən adam.
Dursun,
Özünü “səhra adamı” adlandırsın.
Necə də gülməli.
Mən xəyallarımdakı səhra adamıyam.
Mən möcüzəyəm.
Yəni düşünün.
Bir sevgilim var
Gözləri…
Eh…
İnanın adını xatırlamıram.
Soyadı, yaşadığı yer, və başqa məlumatları.
Onun real olduğuna dair
Heç bir sübutum yoxdur.
Mən onu sevirəm.
Mən onlu xəyallarımı sevirəm.

Bir gecə
Saatım da yox.
Boş otaqda oturmuşam.
Bir mən varam.
Bir də boş qalan 5 stol.
Azad, Fərid, Rəsul, Jalə, Nigar.
Mənim xəyali dostlarım.
Obrazlarım.
Gəlin-gəlin, əyləşin.
Bir az söhbət edək.
Siz ki, mənim xəyallarımdasınız.
Siz ki, mənim beynimin içindəsiniz.

Bir gecə.
Ağlamaq üçün çabalayıram.
Bacarmıram.
Yox, gülməyi də bacarmıram.
Mənə danışın.
Xəstələrdən.
Gözlərinin qarşısındakı görünməzlərdən.
O xoşbəxt insanlardan.
Psixi pozuntulardan.
Onların dünyasından danışın.
Bu dünyanın adı bilirsiz nədi?
“Xəyallar”

Bir gecə anladım ki,
Mənim xəyallarım,
Mənim xəyali dünyam.
Bütün varlığı, böyüklüyü qədər
Heçliyə, boşluğa məxsusdur.
Mən bu heçliyi sevirəm.
Mən xəyallarımla sevgiliyəm.

Yəni boşluq.
Bu çox, çox qorxuducudu.
Bəli-bəli, möhtəşəmdi.
Qorxulu olan da onun möhtəşəmliyidir.

Qorxulu olan bilirsiz nədir?
Sevgilimdən ayrılmağım.
Axı boşluğu dolduran xəyallardı.
Ayrılsam?
Boğularam.
Axı mən sevirəm…
Axı mən xəyallarımla sevgiliyəm.
Yəni bir düşünün.
“Dünyanız” əlinizdən alınır.
Sağaltmaq adıyla.
Bir-iki dərman.
Sonra sakitlik.
Boşluq.
Və,
Boğulursan.
Dərindir.
Yoxluq çox dərindi.
Çox…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
muzefferpasazade@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0264 saniye