Mən
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 10:40 30 may 2014 tarixində əlavə olunmuşdur

Göz açıb dünyaya gəldiyim gündən,

Tənha gecələr də ağlayıram mən.

Yenicə sağalan könül yaramı,

Duz basıb yenidən bağlayıram mən.

 

Ötübdü baharım, qışa çatmışam,

Sevinci qəlbimdən silib atmışam,

Təpədən dırnağa dərdə batmışam,

Dərd ilə sinəmi dağlayıram mən.

 

Bəxtimlə, qismətlə indi barışıb,

Pərvanə yerinə odda alışıb,

Bəzəndə sulara axıb, qarışıb,

Çoşqun çaylar kimi çağlayıram mən.

 

Ruslanam, qalmayıb canımda dözüm,

Dilimdə buz donub, gör neçə sözüm.

Sönübdü atəşim, qalmayıb közüm,

Külümü özümdə saxlayıram mən.


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+14=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0309 saniye