Mən
Gabriella tərəfindən "Esse" bolməsinə 02:26 22 yanvar 2014 tarixində əlavə olunmuşdur

İçimdəki günahkarlıq hissi məni rahat buraxmır..Anlayıram niyə əzabdan zövq aldığımı,niyə daim səhv etməyə çalışdığımı,niyə qəmginliyə aşiq olduğumu.İlahi ədalət mən özüməm..mən özüm işləyirəm cinayəti və mən özüm verirəm cəzamı...dünya mənim,insan mən,Tanrı mən,Şeytan mən..cənnəti də cəhənnəmi də mən özüm çəkmişəm,mən yaradıram.Bu dünyanın Tanrısı mənəm...

Ama qaçabilmirəm vicdan əzabından.Etdiyim hər səhv qandallanır qanadlarıma,uçabilmirəm xoşbəxtliyə.Çırpındıqca daha möhkəm qanayır qanadlarım..ömrümün o tayında yazdığım ən gözəl hekayə,aşiq olduğum qadın(mələk) durur.Elə gözəl baxırki mənə,ölüm qoxan gözlərlə,sevgi dolu səssizliyi ilə və əbədiyən itirməyəcəyi Tanrını insana dəyişən anlaşılmaz bir o qədər dərin günahıyla..Getməsiylə ən çox qalan varlıq.Bir ömrə deyil,əfsanəyə bağlanan əbədi yaşayacaq ən gözəl ölüm..

Qırsam qandalları,açsam qanadları uçsam sonsuzluğa ...hər azadlığa dəyəcək ən gözəl tutsaqlığı itirəcəm


... dəfə oxunub
Qiymət: 6/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Gabriella
Haqqında

Əlaqə
E-mail:
moby666@qip.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0393 saniye