Mənada tapın nöqsanı,nöqsan kimi qalsın....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:00 19 dekabr 2017 tarixində əlavə olunmuşdur

 

Mənada tapın nöqsanı,nöqsan kimi qalsın,
Xaliq yaradıb insanı insan kimi qalsın.
****
Dünyanı əcəl girləyəcək,bir Sura bənddir,
Versən əlinə imkanı imkan kimi qalsın.
***
Bir zərrədə hikmət dolu əsrara bələndin,
Et sirri bəyan,pünhanı pünhan kimi qalsın.
***
Nəfsin sənə qul,sən ona hakim yaranıbsan,
Lənətlədi ol şeytanı,şeytan kimi qalsın.
***
Cismin gömülər torpağa,ruhun qala,Mövlud,
Rəhman verəcək fərmanı fərman kimi qalsın.

12.12.2017.Mövlud Ağamməd.Zərdabi..


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0217 saniye