MƏNDƏ MƏCNUN DƏRDİ VAR,LEYLİ MİSALƏ NƏ DEYİM.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:50 03 mart 2015 tarixində əlavə olunmuşdur

MƏNDƏ MƏCNUN DƏRDİ VAR,LEYLİ MİSALƏ NƏ DEYİM.....

Məndə Məcnun dərdi var,Leyli misalə nə deyim?
Düşdüyü eşqin odunda yandı pərvanə,deyim?
****
Öz-özümdən əhvalım sormaq üçün yox ehtiyac,
Halıma həyan olan dildarə peymanə deyim.
***
Etmişəm aləmdə razim aşikar,əğyar gülür,
Gözlərim qan ağlayır,dönmüş o ümmanə,deyim.
***
Çəkdiyim möhnəti-eşq külbeyi-ehzanım olub,
Dərdimin dərmanı kimdir,hansı loğmanə deyim?
***
Ey qəmin möhtacı dil,sevsən,qəmin min olacaq,
Dərdə saldın,Mövludun dərdlərin nöqsanə deyim.

7.10.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0445 saniye