Məndən içəri...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 23:23 19 dekabr 2015 tarixində əlavə olunmuşdur

Yer də, göy də, ay da, gün də dövr edər
Dövranlar da bu dövrandan içəri
Gizlin-gizlin könülləri seyr edər
Pünhan olan canan candan içəri

Gecəli-gündüzlü daim yol gedən
Mənzilə çatmayır heç zaman, nədən?
Söyləyin, ariflər, nədir hökm edən?
Ürəkdən, ilikdən, qandan içəri

Varlığı yoxluqdan var eyləyən var
Gülün budağını xar eyləyən var
Məcnuna dünyanı dar eyləyən var
Leyli bəhanədir ondan içəri

Odur hökm eyləyən vaxtın üstündə
Taleyin üstündə, baxtın üstündə
Oturmuş hökm edir taxtın üstündə
Sultandan içəri, xandan içəri

Şeytan kimdir, ya azdıra, ya aza?
Tanrım fərman verə, qələm də yaza
Şəriət, təriqət bir yoldur bizə
Həqiqət dəryası ondan içəri

Eşqim Süleyman tək quş dili bilər
Aşiqlər ağlayar, nadanlar gülər
Ariflər içində ariflər bilər
Süleyman var Süleymandan içəri

Gəlmiş, keçmiş Süleyman da, Yunis də
Şeyda bülbül oxuyarmı qəfəsdə?
Aşiq Nemət Xətai tək həvəsdə
Meydan qurar, meydanlardan içəri

Nemət Pənahlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0302 saniye