Məndən sonra...
Kaş görəydim o günləri
Oxunanda şeirlərim
Eşidəydim o sözləri,
Yaşayacaq şeirlərim
məndən sonra...
***
Kaş görəydim o günləri
Dindirəydim ürəkləri.
Biləydim ki,könülləri
Oxşayacaq şeirlərim
məndən sonra...
***
Kaş görəydim o günləri
Nəğmələrdə,ürəklərdə,
Neçə-neçə diləklərdə
Yaşayacaq şeirlərim
məndən sonra...
27.09.1982.Zərdabi.(Mövlud Ağamməd)