Mənə bir dərman yaz,məhəbbət olsun.
Yaman ağrıyıram, qəlbim incidir,
Eşqim coşub, daşıb, biruzə verir.
Elə xəstəyəm ki ,tamam sezilir,
Mənə bir dərman yaz,məhəbbət olsun.
Nə yollar kecərək,nə yollar aşdım,
Dilim topuq çaldı,dolaşdı, çaşdım.
Gəlmişəm yanına, dərdim danışdım,
Mənə bir dərman yaz,məhəbbət olsun.
Əllərim uyuşur ,gözüm qaralır,
Baxışlar özümdən özümü alır.
Vaxt gedir, rəngim də solur, saralır,
Mənə bir dərman yaz,məhəbbət olsun.
Sonum nə olursa qoy olsun, xoşdur,
Eşqsiz yaşamağın mənası yoxdur.
Nəbzimi tutginən, çarə et, doktor!
Seymura dərman yaz, məhəbbət olsun.
Müəllif: SEYMUR SÖNMƏZ PAŞAYEV