MƏNƏ ELƏ TOY TUTDU Kİ,BU DÖVRAN....
Mənə elə toy tutdu ki,bu dövran,
Ürəyimcə deyil bu toy,gülmürəm.
Tappatarap,dambadaram,şıdırğı,
Ürəyimcə deyil bu toy,gülmürəm.
***
Köz istədim tüstülənən ocaqdan,
Söz istədim haqqı danan nahaqdan.
Göz istədim quruyan kor bulaqdan,
Ürəyimcə deyil bu toy,gülmürəm.
***
Keçər oldum günahından nadanın,
İçər oldum andını hər yalanın.
Köçər oldum dünyasından dünyanın,
Ürəyimcə deyil bu toy,gülmürəm.
***
Qəvvas olub dəryasında üzmüşəm,
Möhnətinə,zillətinə, dözmüşəm,
Mövlud,deyən, usanmaqdan bezmişəm,
Ürəyimcə deyil bu toy,gülmürəm.
14.09.2014.Zərdabi.Mövlud Ağamməd.