Mənə sənsiz yalnızlığı verə bilərsən?
Sahil Mahir tərəfindən "Digər yazılar" bolməsinə 22:51 19 aprel 2015 tarixində əlavə olunmuşdur

Ən çətinidir geridə qalmaq. Gedən ürəyindən silmişdir çünki. Qalan əlində qalanlarla yaşamağına davam edərkən, ürəyi tikanlı məftillərlə əhatə olunmuşdur. Hər nəfəs almağı ruhunu daha da incidər, gözlərindəki hüzn qalıcı olar. Hər mahnı dikər gözlərini uzaqdakı kiçik bir nöqtəyə və hər şey gedəni xatırladar nədənsə. Sevgi o vaxt daha da alovlanar, tərk edilmək ən böyük dağı əridər. Niyə əngəl ola bilməz bəs,geridə qalan bunlara? Çünki eşq hüznlə bəsləndikcə, ürəyi parçalayan bir canavara çevrilər. İtirməyin o dərin ağrısı sorğu-suala salar beyni. Məntiq tükənmiş, məğlubiyyətin kədəriylə yerə sərilmişdir artıq. Hələ bir də o sevdiyin insanın başqalarıyla olan söhbətlərinə şahid olarsa... Bax məhv edər insanı, bu an məni məhv etdiyi kimi... Əslində öyrəşmişdim yalnızlığa. Amma bu günə qədər heç vaxt yalnızlığımdan ayrılmamışdım. Bu eyniylə buna bənzəyir. Heç yeriyə bilməyən birini düşünün. Yeriməsə də, o yükü daşıyır. Ancaq bir gün yeriməyə başlasa və daha sonra əlindən alınarsa yeriməyi, həyata olan yaşamaq həvəsi parçalanar. Bax eşq eyniylə buna bənzəyir. Sevgini dadmadan əvvəl mübarizə aparmaq olur yaşamaqla. Amma bir gün sevgiylə tanış olub fasilə verdikdən sonra yalnızlığa, yenidən yalnızlığa qayıtmaq çətin və üzücü olur... Bax sevgili. Ona görə də ne desən boşdur. Mənə səndən əvvəlki yalnızlığı vermədikdən sonra, səndən sonrakı bu yalnızlıq ağrıdacaq qəlbimi. Sən hansı haldasan bilmirəm, amma mən yaşayan bir ölüyəm indi. Sən bu yazdıqlarımı oxuyacaqsanmı? Bilmirəm. Amma əgər oxuyanlar arasında sənin kimilər varsa ən azından insanlıq naminə geridə hüznlü buraxdıqlarına sevgi verməsələr də, onları incidəcək davranışlardan uzaq olsunlar. Sırf bəyənilmə və hələ də istənilmə arzusunu görmək üçün kiməsə acı yaşatmaq "Mən insanam" deyənə yaraşmaz. Hələ yaralı isə bir ürək, yaraya duz basmaq insafsızlıqdı. "O bunları qazanacaq qədər nə etdi?" sualını verməlisən özünə. Görəsən o səni sevməkdən başqa nə etdi? Sevməyə, sevənə cəza vermək və cəzanı hər gün ağırlaşdırmaq insafsızlıqdı. Gedirsənsə belə insan kimi getməlisən: səssizcə və təbəssüm etmədən...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+4=
Hesaba giriş
Müəllif

Sahil Mahir
Əlaqə
Tel.:
0557784557
E-mail:
xalid_mikayilov93@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0254 saniye