Mənə üz versə kədər, qəm çəkəcəm...
Onu meytək süzəcəm,həm içəcəm.
Desələr dərdinə dərman ürəyim,
Verəcəm canımı,candan keçəcəm.
Səni görsəm yenə əğyar ilə tən,
Demə həsrət yoracaq,mən bezəcəm.
Deməsinlər mənə Məcnun,beləyəm,
İçə eşqin camını son köçəcəm.
Dilə düşdüm,dilə,Mövlud,nə edim,
Bu gedişnən məni məndən edəcəm.
7.02.2015 / Zərdabi
Mövlud Ağamməd