mənə zəng et
mənə zəng et,
bir gecənin sükutunda,
boğ səssizliyi.
mənə zəng et,
elə günün günortasında,
sor sənsizliyi.
mənə zəng et,
lap elə beynimi dəng et,
bunu birdəfəlik dərk et,
gözüm qalıb telefonda,
səni gözləyir.
sən mənə ərk et,
utanma,qorxma,
amma məni unutma,
zəng et.
eşidim səsini,
duyum nəfəsini.
halımı sorma,
bilirsən axı necəyəm,
zülmətli bir gecəyəm.
gecənin gözəlliyi onun qaranlığında,
mənsə sənin sorağında,
sən olmadan nə gecə olur,
nə də ki günəş doğur.
indi özün fikirləş,
sənsiz günlər necə olur.
sadəcə zəng et.
danışaq,dərdləşək,
bir az da sevişək.
hə, elə telefonda,
amma zəng et.