Mənəviyyatsızlar!
Tayfun Abbas tərəfindən "" bolməsinə 01:08 28 may 2014 tarixində əlavə olunmuşdur

Saat 23:23,ayın 27-i sevgilimdən təzəcə məlumat aldım ki bir daha ona zəng vurmamalıyam ayrılırıq və xala oğlusuna ərə gedir. Dəhşətə gəldim düzü bilirdim bu gün elçi gələcəklər amma onun veriləcəyinə inanmazdım. Məni dəlilər kimi sevdiyini bilirdim axı necə gedə bilərdi? Səbəbini soruşdum daha məni sevmədiyini xala oğlusunu sevdiyini bildirdi.Təbii ki, yalan deyirdi. Onu 3 ildi tanımağıma baxmayaraq ailəsindən də yaxşı bilirdim onun mənəviyyatını. Sevdiyini aciz vəziyyətdə qoyub başqasına əsla getməzdi. O bir "ata qurbanı" idi.Bunu hərkəs bilir.
Sevgilim nə qədər Seymur Baycanın iyrənc təbirincə desək "tükəzban" olsada onun daxili aləmi, ütopyası çox zəngin idi. Adətən, insanlar onlara çox yaxın olan insanları yaxşı qiymətləndirir. Amma yaxşı insan səraffı olmasam da bunu mən və onu tanıyan bütün tanışları bilir ki, o çox yaxşı insandır. Hətta deyə bilərəm ki mənim həyatda tanıdığım ən yaxşı insan.
Onu zorla "alan" xalası oğlu təkidlə demişdi ki, mənim olacaqsan.Bilə-bilə ki,bir-birimizi sevirik. Dediyini elədi və aldı. O uddu mən uduzdum. Amma insana xas olan əsas ünsürləri unutdu. DUYĞULARI,HİSSLƏRİ SEVGİNİ. Bu ünsürlər insanın hər şeyidir.O,insanı unutdu. Real olaraq qələbə çaldı. Mənəvi olaraq uduzdu. Hələ ki, bunu fərqində deyil,amma vaxtı gələndə zorla qurulmuş ailə həyatının xoşbəxtsizliyi onu bunun fərqinə vardıracaq və ondada udduğunu yox uduzduğunu anlayacaq. Bir-birini dəli kimi sevən iki insanın birini zorla alıb aparıb xoşbəxtsizliyə düçar edən,birində mənəvi olaraq sındıran, məhv edən insanlar. Necə? Insanlar? Sizin kimilərə insan demək tanrı qatında  günahdır.Belə bir cəmiyyətdə yaşadığıma utanıram. Ən tez bir vaxtda fürsət düşən kimi buralardan getmək lazımdır.Sizdə gəlin gedək vallah. Belə mənəviyyatsız insanların arasında yaşamaq elə özü bir təhqirdir!


... dəfə oxunub
Qiymət: 4/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0318 saniye