Məni aləmdə, gülüm, xar edəcəksən, bilirəm....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 09:04 20 dekabr 2015 tarixində əlavə olunmuşdur

Məni aləmdə,gülüm,xar edəcəksən,bilirəm,
Gecəmi qarə,günüm tar edəcəksən bilirəm.
***
Qəmi çəkmək mənə qismətdisə gər tək çəkərəm,
Bu gedişnən məni qəmxar edəcəksən,bilirəm.
***
Yanıram hicrinə pünhan,şəmə pərvanə kimin,
Çıxarıb sən üzə aşkar edəcəksən,bilirəm.
***
Dava axtarma,könül,dərdinə,loğmanə yetiş,
Hərə bir söz desə,inkar edəcəksən,bilirəm.
***
Çəkəsən dərdi,tükənməz, qəmə mötacdı dilim,
Dedi,Mövlud,yenə ah-zar edəcəksən,bilirəm.

5.03.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0429 saniye