Məni, bir gün gələcək, haqlayacaqdır qocalıq
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:57 11 fevral 2016 tarixində əlavə olunmuşdur

Məni, bir gün gələcək,haqlayacaqdır qocalıq,
Çəkəcəkdir sınağa,yoxlayacaqdır qocalıq.
***
Özü məndən qaçacaq,mən ona hər an yaxınam,
Yenə gənclik həvəsin saxlayacaqdır qocalıq.
****
Dönəcək gəncliyə hərdən,xəyalından keçəcək,
Salacaqdır yada,hey ağlayacaqdır qocalıq.
***
O qədər gözləri yollarda qalanlar olacaq,
O səbəbdən sinələr dağlayacaqdır qocalıq.
****
Çatacaqdır sona,Mövlud,bu qaranlıq həyatın,
Özü öz gözlərini bağlayacaqdır qocalıq.

22.04.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+7=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0291 saniye