Məni həyata qaytaran mahnı
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 13:01 25 sentyabr 2014 tarixində əlavə olunmuşdur

2010-cu ildə xəstə idim. İlk vaxtlarda xəstəliyim o qədər ağır olmasa da, sonradan ağırlaşdı. 3 ay xəstəxanda qaldım, müalicə olunurdum. İlk ayın sonunda vəziyyətim çox pisləşdi. Reanimasiyada qalmalı oldum 1 həftə. Reanimasiyadan çıxdığım ilk gün palataya qayıdanda “Bakının gecəsi” mahnısını eşitdim... Palatada orta yaşlı bir qadınla yoldaş idim. Təzə gəlmişdi. Mən reanimasiyaya düşməmişdən 3-4 gün əvvəl. Mahnını o oxudurdu. Məni görəndə saxladı. Əhvalımı soruşdu.

Axşam ona mahnıya qulaq asmaq istədiyimi dedim. Dedim, mənim moqnifonum filan yoxdu amma. O, dedi ki, məndə telefonda mahnılar var. Dedim, zəhmət deyilsə, qoş oxusun. Qoşdu. Yenə Flora Kərimovanın ifasında “Bakı gecəsi” mahnısı. Mahnı qurtarandan sonra yenə eyni müğənninin ifası başlandı. Soruşdum ki, deyəsən, Flora Kərimovanın fanatısınız? Dedi, səsi məni valeh edir. Uşaqlıqdan onun mahnılarına qulaq asıram.

Mən də Flora Kərimovaya aradabir qulaq asardım. Amma heyranı deyildim...

3-cü mahnıdan sonra xahiş etdim ki, yenə “Bakının gecəsi” mahnısını qoşsun. Qoşdu. Demək olar, hər gün bu mahnıya qulaq asırdım. Yavaş-yavaş da sağalırdım. Artıq ağrılarım da xeyli azalmışdı. 1 həftə sonra palata yoldaşım sağaldı və getdi. Mən anamın telefonuna köçürmüşdüm həmin mahnını. O gedəndən sonra da gündə azı 10-15 dəfə həmin mahnıya qulaq asırdım. Adam heç bezməz? Görünür, yox. İndi 4 il keçib. Yenə qulaq asıram. Bəlkə də, yenidən həyata qayıdandan sonra eşitdiyim ilk mahnı olduğu üçün...

Yaxın dostumun xatirəsi...


 


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+18=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0269 saniye