MƏNİ MƏNLİYİMDƏN ALDI APARDI
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:37 14 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Sanki bir şəms idi, bir anda  çıxdı, 
Ömrümə gec gəldi,könlümü yıxdı. 
Bir şəkil göndərdi, o elə baxdı- 
Məni mənliyimdən aldı apardı..

Mələyə tay idi, başqa söz olmaz,
Ürək həzm edəmməz, ürək unutmaz. 
Naz ilə yazmışdı,yazısı solmaz, 
Məni mənliyimdən aldı apardı.

İstədim danışım, titrədi dilim,
Həsrətə tuş gəldi ötən gün- ilim. 
Söz dilə gəlmədi,yazdı ki əlim-
Məni mənliyimdən aldı apardı.

İnsafı yox imiş,gedəndə bildim, 
Həsrətdə danışdım, xəyalda dindim. 
Bax ki bu biganə kor məhəbbətim 
Məni mənliyimdən aldı apardı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+24=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0339 saniye