Məni niyə təbrik etmədin qavğası...
Efsane R. Sagi tərəfindən "Ədəbi tənqid" bolməsinə 20:09 04 yanvar 2015 tarixində əlavə olunmuşdur

 Gəl də indi anlat tam da müsəlman olmadığın müsəlmanlığına rəğmən bəzi qaydalara əməl etməyə çalışmağını buna.))) "Dinim islamdır, özüm də müsəlman fəqət bütün camaat bayram keçirir, bir tək sənmi dindar çıxdın da bayramı qeyd etmirsən?, Bəs onda camaat niyə qeyd edir?" kimi onlarla sual, sual, sual...

"Qonşudan qalma geri", "Palaza bürün el ilə sürün" kimi məsəlləri niyə söyləyib kiminsə dədəsi bilmirəm. Aya, sual verən olmayıb ki, o vaxt " ay atam, babam, elin ağlı çatmırsa, iki ayağını qoyub palaza bürünüb sürünürsə, mənim ağlıma nə gəlib ki, iki ayağımı qoyub üstəlik iki əl də var bədəbəddə iməkləmək üçün niyə onlar kimi palazarası sürünüb toz-torpaq olmalıyam sonra da gəlib 1 saat su israfı edib təmizlənməliyəm??? Birdən biri əqildən kəmdi, necə ayırd edim ki, bu çuxura doğru sürünür yoxsa çörəyə???"

İndi biz də müsəlman adı daşısaq da mömin deyilik bu bəllidir. Bəzi məsələləri dərk edir fəqət önəmsəmirik. Özümüzü "nə olsun e, bayram keçirmirik ki" deyib, imam ehsanı kimi yemək və salatları, cürbəcür meyvə sularını düzüb süfrəyə bayramı qeyd etmirmişcəsinə "dolayırıq".  Yeməklərə atılan duz imam ehsanı kimi atılır lakin yanı başımızda da "yolkalar, zərlər,şarlar, bəzəklər-düzəklər" falan filan. Amma yanlış anlamayın ha bayramı qeyd etmirik. "Bayramın mübarək, ay qudam, ay bacım-qardaşım, dostum-tanışım!!! Neçə belə illərə çıxasınız!!!" Yenə deyəsən yanlış anladınız e məni vallah bayram qeyd etmirik biz.)))

        İmam ehsanı kimi açılırsa süfrələr,

        Onda söylə dostum, nəmənə şeydir təbriklər???


... dəfə oxunub
Qiymət: 3/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Efsane R. Sagi
Haqqında
Sadəcə yazmağa cəhd göstərmək...
Əlaqə
E-mail:
efsaneozenn@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0205 saniye