Ya öldürün məni, ya da ölməmək üçün səbəb söyləyin. Mənə haqq-ədalətdən danışmayın, mənə intihar kəndirimi necə bağlamağı öyrədin, mənə ehtirası sevgi adı ilə danışmayın, mənə boğulmaq üçün Xəzərin hansı sahili yaxşıdır onu deyin, mənə sabahların daha yaxşı olacağını deməyin, mənə bu günlərin hansı ailələri ağlatdığını deyin, mənə qiymət qalxımından danışmayın, mənə dəyəri düşən insanlıqdan danışın, mənə öləndən sonra hansı mələyi sevəcəyimi deyin, mənə öləndən sonra kimlərin neçə gün yad etməsini hesablayıb deyin, mənə əbədilikdən danışmayın, mənə xoşbəxtliyin var olduğunu deməyin. Məni öldürün rahat olum, rahat ölüm. . . !