MƏNİ ÖZÜN KİMİ SEVƏSƏNSƏ GƏL
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 11:49 08 oktyabr 2019 tarixində əlavə olunmuşdur

Qayğılı qayğılı baxma üzümə 
Nəzər et,yollara düşən izimə
Sən Allah diqqət et qəlbdə sözümə 
Məni özün kimi sevəsənsə gəl.

Yetiş vüsalını dadım bir anda 
Qalmayaq aralı ayrı,bu yanda,
Əgər xatırlayıb,duyub ananda,
Məni özün kimi sevəsənsə gəl

Al dəniz eşqimi verim çalxala,
Yada ki coşginən özün dalğala,
Qəlbimi səntəki söylə kim ala,
Məni özün kimi sevəsənsə gəl.!

Biraz ərköyünəm uşaq kimiyəm
Məhəbbət eşqindən bihuş dəliyəm
Səni arzulayıb,səni istərəm 
Məni özün kimi sevəsənsə gəl.

İstə ürəyindən keçəni dilə,
Dodağın büzərək bir  az naz elə ,
Nə olar uzağı özün yox eylə 
Məni özün kimi sevəsənsə gəl.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

07.10.2019


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+37=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0622 saniye