Məni səsləməsəydin
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 20:12 17 yanvar 2013 tarixində əlavə olunmuşdur

                    Məni səsləməsəydin

 

Sordun - necə oldu məni sevməyin?

Susub məlul-məlul xəyala daldım.

Qaytarıb geriyə ötən illəri,

Sənsiz günlərimi yadıma saldım.

 

Deyirlər ölənlər öldüyün bilməz,

Başı dəyməyincə əhlət daşına.

Səni sevdiyimi bilməzdim gülüm,

Bu eşq gəlməsəydi mənim başıma.

 

Yadına gəlirmi o payız günü,

Məni səsləməyin, geri dönməyim.

Mənim ayağımı sən yalın görüb,

İdman çəkmələrin, mənə verməyin.

 

O gündən boylandım sən gələn yola,

Səni sevdiyimi sənsə bimədən.

Bircə yol üzünü görməkçün sənin,

Yüz dəfə keçərdim küçənizdən  mən.

 

Saldı yollarımı tale qürbətə,

Dalğalar qoynunda sınadı məni.

Çırpınan dənizin ləpələrinin -

Muncuq sularında görürdüm səni.

 

Tələbə otağım bəzədilmişdi,

Yüz  rəngli şəkillə, yüz gül naxışla.

Başımı qaldırıb hara baxsaydım,

Baxırdın gözümə bir lal baxışla.

 

Nəsə oxuyurdum, nəsə yazırdım,

Şəklinə dönürdü qarşımda dəftər.

Bitmiş bir cümləyə nöqtə qoymağa,

Qorxurdum, qələmim gözünə dəyər.

 

Sordun - necə oldu məni sevməyin?

Bilmirəm, söyləyə bildimmi düzü.

O payız, sən məni səsləməsəydin.

Bu bahar eşqimin gülməzdi üzü.

 


... dəfə oxunub
Qiymət: 9/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
ulvi.ahmedov@mail.ru
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0265 saniye