Məni sev
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:14 29 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Məni sevə bilərsən?
Səssiz, toxunmadan, heç kim bilmədən.
Gözlərinlə, gözlərimə danış bütün acılarıvı
Öpmə, istəmirəm səndən tez ayrılım.
Bizi heç xəritələr ayırmır
Yuxarıdan baxsaq, iki barmaq qədər bir-birimizə yaxınıq.
Tez öyrəşdik, qorxuram ayrılarıq
Düz eləmədin, gərək öyrəşdirə-öyrəşdirə girərdin həyatıma.
Gəl tez qocalaq, sevgimiz qocalmamış
Bircə saçlarıvı qoru, heç olmasa rahat nəfəs alım.
Ağla... Niyə ağlamırsan qadın?
Biraz göz yaşı axıt çox sevinmə, sevgimizə göz dəyər.
Dur ayağa, ölməyin tezdir hələ
Bax sənin üçün dərman hazırladım, tez saxalasan deyə.
Qocalmış əllərimlə kədərimi sıxmışam
Gəl qollarıma bürün, soyuqdan üşümə.
İnan ki, yoxsulam
Üstüvü örtməyə bircə qollarım var...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0318 saniye