Özümdən uzaqlaşıram getdikcə.Kimə yaxınlaşıram bilinməz.Bəlkə də mənəvi "ölüm"ə.Uzaqlaşıram surətimdən.Aynada yaşlı bir qadın görürəm.Üzüm gənc görünür hələ də.Bəlkə də şanslıyam.Yaşlanmamışam.Yoxdu qırışlarım.Bəs qəlbimin qırıqları.?!Lənət olsun.Ömrüm keçib və qazandıqlarım yoxa hesab ki.
Mənim adım yağışdır.İnsanların ruhunu oxşamaq üçün yağıram.Buludları qovsa külək,yanlış torpaqlara düşür damlalarım.Orda böyüdürəm egonu.Qarışıram o insana.Ruhunu oxşayıram.Amma qaçır məndən insanlar.Çətir olur qorxuları.Bağlanmaq bu qədər pismi məgər.Qəlbiniz var ki sevirsiniz.Günəş istəyir onlar.Və mən bir başqa payız qalıram.Xoşbəxt olun.İsidin ruhunuzu.Mənsə gözyaşlarını silməyə gəlmişdim.O pulun çirkləndirdiyi vicdanlarınızı,kirlənmiş qəlblərinizi yumağa.Siz nə anlarsınız ki təmizlikdən.Oturun əl açın Tanrıya.Fəsillər ötüşür bəlkə mən də yağdım bu torpaqlara.