Sən mənim eşqimin bəstəsi gəl ol,
Eyləyim zümzümə mən asta- asta.
Fərqi yox, nə qədər olsa uzaq yol,
Gələcəm inşaallah, mən ağ libasda.
Ləbbəeyk ya Hüseyn, salamlar olsun,
Əhlibeyt əhlinə şəhadətim var.
Sevgimdən, eşqimdən xüsusi, özəl,
Mənim ALLAhıma məhəbbətim var.
Hamımız beş günlük qonağıq burda,
Gec ya tez ölümü dadacayıq biz.
Qalici olsaydı o vaxt dünyada,
Qalardı Süleyman, biz nə karəyiz.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV