mənim bir dənizim var
Sən An tərəfindən "Şeir" bolməsinə 18:21 13 may 2014 tarixində əlavə olunmuşdur

mənim bir dənizim var, içində mavi rəngi,

oynayır dalğalarla, tutur ahəngi.

mənim bir dənizim var, qucaqlaşır qumsallarla,

sərhədləri yoxdur, didişir içindəki qarğalarla.

 

mənim bir dənizim var, küləkli,fırtınalı,

aparır qayıqları, limanlara,

oralarsa daşlı-qayalı.

 

mənim bir dənizim var.

bəzən sakit,bəzən qəmli,

bəzən quru,bəzən nəmli.

bəzən sənli,sənsiz

və kədərli.

 

mənim bir dənizim var,

üzürəm onun içində,

batıram dərinliklərə,

sənin o gözlərində.

 

mənim bir dənizim var, baxanda ona mən,

sonsuzluqlara dalıram,

həmin o yerlərdə mən,

yerlə suların birləşdiyini sanıram,

amma özüm-özümü  aldadıram.

bu bir üfüq xətti,

çəkib səninlə mənim aramda sərhəddi.

 

mənim bir dənizim var,

ona qovuşmaq üçün,

xəttləri silməliyəm,

üzümdə olan maska sifətləri didməliyəm.

 

mənim bir dənizim var, çırpınır mənim içimdə,

yorulub əldən düşübdür  qəlbimdə.

 

mənim bir dənizim var,

o sənin gözlərin,baxışların,

çəkir sahillərə öz naxışların.

 

mənim bir dənizim var.

o sənin göz yaşların.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+27=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0376 saniye