MƏNİM BU ŞƏHƏRDƏ XƏYALIM YATIR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 23:18 27 sentyabr 2018 tarixində əlavə olunmuşdur

MƏNİM BU ŞƏHƏRDƏ XƏYALIM YATIR


Məzəmmət qınaqlar əksilmir dildən, 
Dəyişir insanlar lap, günü-gündən. 
Səs salma sakit dur,oyanar birdən, 
Mənim bu şəhərdə xəyalım yatır...

Ayrılıq yad deyil tanışdır mənə, 
Fikir ver başımda ağaran dənə, 
Dedim əhvalımı sorub dinənə, 
Mənim bu şəhərdə xəyalım yatır.

Qəlbim zidd çəkilmiş hasar kimidir, 
Dindirmə ağlayar bir himə bənddir, 
Gözünlə danışdır, baxaraq dindir, 
Mənim bu şəhərdə xəyalım yatır...

Gözlədim ömrümə bahar gəlməyin,
Özlədim səfasın deyib gülməyin,
Narahat etməyin,susun dinməyin,
Mənim bu şəhərdə xəyalım yatır.

Hər acı,hər sevinc Seymura qonaq,
Mənə güc veribdir hər çətin sınaq,
Hara getsəm qəlbim burda qalacaq,
Mənim bu şəhərdə xəyalım yatır.

 

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0386 saniye