mənim buludlarım rəngarəngdir.
gözlərimdəkilər şəffaf,
beynimdəkilər qat-qat.
əzir xırda sevincləri,kiçik insanların içində,
məhv edir,
mənim buludlarım nəhəngdir.
səpələnib səmalara, asılıb günəşin saçlarından.
küsübdür ulduzlardan,
yağdırır yağışlar, dinləyirəm,
mənim buludlarım musiqidir,bir ahəngdir.
çirkin şəhərdə çirkin insanlar yaşayır,
bulaşdırırlar buraları.
mənim buludlarım geyinib ayaqlarına uzaqları,
qaçır buralardan.
çünki mənim buludlarım qəşəngdir.