Mənim cinayətim...
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:18 06 noyabr 2014 tarixində əlavə olunmuşdur

Payızın yağışlı, küləkli axşamlarından biri. Şəhər öz mühtəşəmliyi il fəxr ediləsi görüntünü yayımlamaqdadır.

Mən maşın salonunda əyləşərək gözlərimi gecə klubuna zilləmişdim. Sakitliyim, soyuqqanlılığım, laqeydliyim qorxuducu təsir buraxırdı.

Əynimdəki qırmızı don həddindən artıq açıq-saçıq idi. Bahalı aksesuarlar-qolumda, boynumda, qulaqlarımda, barmaqlarımda par-par parıldamaqda idi. Bahalı müştərimlərindən birinin hədiyyəsidir. Növbəti görüşlərin birində belə görünməyimi istəmişdi.

Bəli, təxminləriniz düzdür. Mən-fahişəyəm.

Amma mənim bu yolu seçməyimdə keçmiş ərimin inanılmaz qədər böyük xidmətləri olub.

Universiteti bitirən ailəm məni ərə verdi. Seymurla ilk aylarda xoşbəxt ailə tablosu sərgiləyirdik. Bu, doğrudan da belə idi. Sonralar mənim hamilə qala bilməməyimdən öyrəndiyi gerçək onun bütün varlığını dəhşətlə sarsıtdı və...

Seymur-qısır idi. Bunu yalnız həkim, mən və özü bilirdi. Kabuslu gecələrim start götürüldü. Məni işdə çıxartdırıb evdə oturtdu. Özü razılıq vermişdi işləyib evə qazanc gətirməyimə. Amma indi... Mühasibatçı işləyirdim. Hər nə qədər yalvarıb yaxardımsa, göz yaşlarım işə yaramadı.Özü evə gec-gec gəlməyə başladı. Hər dəfəsində içki qoxusunu hiss edirdim. Ölümcül döyürdü məni. Vəhşicəsinə zorlayırdı. Sonra məni buraxıb qapını çırparaq evi tərk edirdi. Haraya getdiyini gec də anlayırdım.

Bədənim qan içində idi. Yatmaq nədir, tamamilə unutmuşdum. Səhərə qədər gözlərimi bir nöqtəyə kilidləyib nəfəsimi içəri çəkirdim. 

Sanki onun sonsuzluğuna mən bais olmuşdum.

Mühafizəkar ailə ortamında aldığım tərbiyədən bilirdim ki, nə valideynlərim, nə də qardaşım mənim tərəfimi tutan deyillər. Onlar da məni günahkar elan edəcəklər.

5-6 ay davamlı olaraq bu iyrəncliklər təkrarlanırdı hər gecə. Baxmırdı ki, xəstəyəm-filan. Evdən çölə çıxmağıma qadağa qoymuşdu. Hər gecə evə gələrkən ərzaqla dolu sellofan torbanı kobudluqla bir tərəfə atırdı. Və hər səhər ona qəlyanaltı hazırlayıb gizlənirdim.

Anlamırdım düzü. Mən nə günah sahibiyəm axı?! Bu başıma gəənlər nəyə görədir?! Seymur mənim kiminləsə əlaqə qura biləcəyimdən qorxduğu üçün telefonları, kompyuteri evdən çıxartmışdı. Bir tək tv və radio qalmışdı. Seymursuz evdə ən böyük dostlarım onlar idi.

Soyuq qış gecələrin birində yenə öz vəhşiliyini təkrarlayıb bitirən zaman ağzımdan çxan sözlərə gözləri hədəqəsindən çıxmaq dərəcəsinə yüksəldi.

-Bir də məni döysən, zorlasan...

Şalvarı tam bağlamamış üstümə hücum çəkdi. Şillələrdən sonra çənəmdən kobudluqla yapışıb nifrətlə gözlərimə baxdı.

-Nə dedin sən?!-bağırdı.

Mən lüt olduğumdan soyuqdan titrəyirdim.

-Eşitdin...-dişlərim bir-birinə dəyirdi.

O səs tonu sonralar məni rahat buraxmadan təqib etdi. Soyuq, bivec ton.

Səhərisi gün geyinib keçinərək evdən çıxdım. Seymur kürəyini bıçaqlanmış halı ilə döşəmədə qan gölünü genişləndirirdi...

İndi isə bu maşında əyləşib 2 nəfəri gözləyirdim. Sahibimi və müştərimi. Onların bar-klubda içki sifariş edərək nəyisə müzakirə etdiklərini şüşə vasitəsilə izləməkdə idi. Budur, hər ikisi qol-boyun olaraq müsbət əhval-ruhiyyə ilə mənim əyləşdiyim maşına doğrulandılar.

Sahibim Fuadın tünd-qəhvəyi saç-saqqalına təzəcə ağ dənlər düşməyə başlayırdı. Özünün bir neçə dövlət məmuru ilə geniş əlaqələri vardı. Sükan arxasına keçib aynadan şəhvət dolu baxışları ilə mənə nəzər saldı.

Müştərim Fazil mənim atam yaşında olan şəxs idi. Kifayət qədər varlı olduğundan pulları hara qaldı səpələməyi xoşlayırdı. Yaımda əyləşib əlini dizlərimə qoydu.

Saxta gülümsəmə...

Gözlərdən uzaq bir qaranlıqda maşın stop elədi. Sahibimlə müştərim bir-birlərinə aynadan baxıb razılıqlarını bildirdilər.

Maşın salonunu əmin addımlarla irəliyə doğru. Tələsmədən üstəlik.

Əllərim qan içində.

Bəli, onları cəhənnəmə yollamışdım.

Qaranlıq yolların səssizliyində dayanmadan dikdabanlarımla uzaqdan görünən polis məntəqəsinə doğrulandım.

Səhərisi gün KİV partlayış edərək mənim cinayətlərimi müzakirə obyektinə çevirdilər.

Mənsə qışqırıq dolu səsə başımı qaldırıb heç nə olmamış kimi səssizcə polis məmuruna baxdım. Ətrafımı 4-5 nəfər polis əməkdaşları əhatələmişdi. Orta yaşlarında olan böyüklərinin tüpürcəkli söyüşlərinə gözlərini döyə-döyə qalmışdılar.

Özüm təslim olmuşdum.

Amma bir dəqiqə! Aha! Tanıdım səni, yaraşıqlı! Sənin də barmağın var axı fahişə şəbəkəsində...

Mənə xəbərdaredici baxışlarına kinayəli təbəssüm edərək qandallı biləklərimə nəzər saldım...

Cinayət aləti olan silah isə masa üzərində dururdu...


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0418 saniye