MƏNİM GÖRÜŞÜMƏ GƏLSƏYDİN ƏGƏR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 00:01 05 may 2016 tarixində əlavə olunmuşdur

Saçına vermisən bəzək düzəyi, 
Özümdən almısan qəlbi, ürəyi, 
Elə istəyirəm səni görməyi, 
Mənim görüşümə gəlsəydin əgər, 
Necə bəzənərdin bir bəzən görüm.. 

Əlimdə gül-çiçək gözlərim yolda, 
Gözlərəm gəlişin mən intizarda, 
Düşünüb ,daşınıb bü gün xəyalda, 
Mənim görüşümə gəlsəydin əgər, 
Necə bəzənərdin bir bəzən görüm.. 

Hiss etdir, vəsf eylə özünü mənə, 
Sualım yönəldi ümüdlə sənə, 
Qadasın aldığım gəl göstərsənə, 
Mənim görüşümə gəlsəydin əgər, 
Necə bəzənərdin bir bəzən görüm.. 

Röyamı,xəyalı gerçəkdən bəxş et,
Tək bir istəyimi düşünməmiş et, 
Vüsal şərbətini mənimlə nuş et,
Mənim görüşümə gəlsəydin əgər, 
Necə bəzənərdin bir bəzən görüm..

Göz-gözə , əl-ələ duracaq kimi,
Sevgiylə boynumu saracaq kimi,
Qəlbini yenidən verəcək kimi,
Mənim görüşümə gəlsəydin əgər,
Necə bəzənərdin bir bəzən görüm.

MÜƏLLİF: SEYMUR SÖNMƏZ


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
5+23=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.028 saniye