Mənim haqqım yox ölməyə....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 17:28 24 iyun 2015 tarixində əlavə olunmuşdur

Arxamızda əcəl--qovur,
Mənim haqqım yox ölməyə.
Önümüzdə səngər--qəbir,
Mənim haqqım yox ölməyə.

Korşalıbdı söz qılıncım,
Düşa dönüb ağrım-acım.
Dərd əlindən hara qaçım__
Mənim haqqım yox ölməyə.

Bu dünyadan köçənlərik,
Dost-düşməni seçənlərik.
Yolunda and içənlərik,
Mənim haqqım yox ölməyə.

Düşməndən öc almayınca,
Torpaq azad olmayınca,
Biz qələbə çalmayınca
Mənim haqqım yox ölməyə.
Mövlud,haqqım yox ölməyə...

8.12.2014 / Zərdabi

Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+22=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye