Mənim İLK Sevgim
Elnure Oruclu tərəfindən "Digər yazılar" bolməsinə 04:57 07 iyun 2015 tarixində əlavə olunmuşdur

İlk başlayacağım cümlə haqda düşünürəm. Bəlkə də özəl olan hissləri yazmaq düzgün deyil, amma şair də  acı çəkməsə qələmi gözəl yazmazmış. İlk sevgi deyilən ən ülvi duyğunu hər gənc kimi məndə yaşamışam. Çox özəl və çox gözəl bir duyğu idi. Uşaqlıq, saflıq, qorxu, sevinc, kədər, axtarıbda tapa biləcəyiniz ən ülvi hisslər var bu sevgidə. İlklər unudulmur deyilən cümlələr saxta gəlir mənə. Unutmaq nə deməkdi? Yaddaşını itirən insanla mənim nə fərqim o zaman. Unutmayın, xatirələr bizə nə qədər gözəl gəlsə də, acıdır düzdür. Bəlkə də bir də təkrarlanmayacaq deyədir. Keçmişə qayıtmaq istəyir qəlbim, ağlım isə qayıdıb yenidən eyni hissləri yaşamaq, eyni kədəri hiss etmək istəmədiyini deyir. Yox..., qaç bu fikirdən, qulaq asma ürəyinə. Haqlıdır, bəzən biz sevgimizi elə çirkinləşdiririk ki, sevgiyə layiq olmadığımızı bizə dəfələrlə sübut edərmiş kimi, dinlədiyimiz musiqilər bizə pıçıldayır göz yaşlarıyla. Qurumuş göz yaşı daha axmaz. Keyimiş bir vücud, qəlb, ağıl, ruhu yorğun düşmüş biri var qarşınızda, bunun adını bəzi insanlar unutmaq qoyub. Artıq düşünmür, ağlamır, qəlbi acımır... Hazırdır: Unudub, yeni həyata başlamağa... Bədəndə olan ruhu biz idarə edirik deyə düşünürük, halbuki, o bizi idarə edir. Bədəndə ruh olmasa, bədən sadəcə çürük meyvədən fərqlənməz. Biz ruhumuzu o qədər incitdik ki, bunun adını da bəzi insanlar qəlb qırıntısı qoydu... Halbuki, qəlbimiz dayansa belə ruhumuz yaşayacaqdı.. Bəlkə də əsl sevgini bilməyənlərdir..., sevginin sadəcə qəlbə işlədiyini, bitdikdən sonra isə qəlb qırıqlığı olduğunu söyləmək. Düzdür, bu ən asan qaçış yoludur. Ruhum cavan bir bədəndə, qocalmış bir ruhu canlandırır indi. O məni düşündüyü üçün mənlədir, amma mən onu heç düşünmədən incitmişəm... Mən ilk sevgimi məhv etmişəm.., öz əllərimlə. Məni bağışlayarmı bilmirəm, amma Ruhumu geri qaytarmaq üçün əlimdən gələni edəcəm. Mən yenidən, ilk sevgimi qazanacam..


... dəfə oxunub
Qiymət: 9/10(78 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

Elnure Oruclu
Haqqında
Yazmağı çox xoşlayıram, danışmaqda çətinlik çəkirəm bəlkə ürəyimdən keçənləri deyə bilmirəm.. Ona görə yazı yazmağı çox xoşlayıram.. şeirlər, hekayələr, sevgi məqalələri və.s bunlar yaradıclıqdan irəli gəlmir, mənə görə bu qəlbimizin bizə hədiyyə etdiyi kiçicik paydır... 
Əlaqə
E-mail:
1320a@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0269 saniye