Mənim işıqlı Dünyam!
Turanə Ibrahimi tərəfindən "Digər yazılar" bolməsinə 21:54 29 aprel 2012 tarixində əlavə olunmuşdur

Məndə bu dünyada yaşayıram,bütün insanlar,canlı varlıqlar kimi.Tək fərqimiz onların dünyasının işıqlı,mənim dünyamın qaranlıq olmasıdı.Lakin məndə digərləri kimi öz dünyamda işıqlı yaşamaq istəyirəm.İşıqlı dünyanı qaranlıq görmək də mənim günahım deyil.Bir çox şeydə günahım olsada, qaranlıq dünyam mənim günahımın məhsulu deyil.Qaranlıq dünyada yaşasamda çalışıram ki,hisslerimle dünyamı işıqlandırım.Mən bunu edə bilirəm,axı başqa əlacım yoxdu.Nə qədər həyatdan küskün yaşamaq olar. Kimisə günahlandırmaq,kiməsə əzab vermək mənə heç nə vermədi.Mən yenədə özümlə tək qaldım.Mən qaranlıq dünyamı işıqlandıraraq xoşbəxt oldum.Lakin dünyaya işıqlı gözlə baxıb da öz həyatlarını qaranlığa çevirənlər var. Nə qədər ki,  nəfəs alırıq,hərəkət edə bilirik,Allahın bizə verdiklərinə şükür edərək yaşamalıyıq.Həyatda bizim  üçün olan nemətləri qiymətləndirərək,yalnız özümüz üçün yox ,başqaları üçün nələrsə etməliyik.İnsan həyata necə baxırsa elə də görür,əgər həyat eybəcərlik və gözəlliklə doludur.İnsan əgər həyatın eybəcərliyini görmək istərsə ancaq  eybəcərlikləri görər,gözəlliklərini görmək istərsə, ancaq gözəllikləri görər.İndi  özünüz düşünün sizə eybəcərlik lazımdı,gözəllik?

Mən öz hisslərimlə həyatın ancaq gözəlliklərini görürəm vəhər şeyə rəğmən xoşbəxtəm,həyatın rəngarəngliyindən,gözeliyindən –havasından,gülüdən-çiçəyindən zövq ala bilirem.Buda mənim xoşbəxtliyimdi.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
Müəllif

Turanə Ibrahimi
Haqqında
Yalnız özümçün deyil,başqaları üçün yaşamağı öyrəndim.
Əlaqə
E-mail:
turane.zeynalli@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0214 saniye