Mənim mələklərim
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 08:37 14 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Sevda kompyuteri qapadıb çərçivəni əlinə aldı. Əkiz qızlarına tamaşa edib gülümsündü. Saat 6-da onun işi bitəcəkdi. 15 dəqiqə vardı tamam olmasına.

Cavad əlini çənəsinə dayayıb gözəl və gənc qadının seyrinə başladı. Sevdanın məsumluğu və talesizliyi onu ciddi şəkildə düşündürməyə məcbur edirdi həmişə. Əri onu və uşaqlarını buraxıb Rusiyadakı məşuqəsinin yanına köç etmişdi. O vaxtlar Sevda 25 yaşında, qızları 3 yaşlarında idilər. Seymurun Moskvadakı geyim ticarətçiliyinin sonu ailənin dağılmasına bais oldu. Onun rus qızı ilə olan əlaqəsi genişləndikcə arvadı ilə münasibətlərində mənfiliyə gedirdi. Sevda eşitdiklərinin yalan olmasını istəyirdisə, Seymurun gecənin bir ailəmində yır-yığış edib evini, ailəsi buraxması bütün dəhşəti ilə təsdiqlədi. Ağlamaq istədi, amma yatan qızları oyatmağa qıymadı. Özünü vanna otağına yetirib üzünə su vurub aynadan özünə tamaşa etdi. Axı nə günah sahibi idi?

Sevdanın iş axtarışı uzun çəkdi. Tələbə yoldaşları Mirvari və Səlimin yardımı ilə özünə münasib iş taparaq evə qazanc gətirməyə başladı. Ona edilən evlilik təkliflərini əli ilə geri itələyərək heç kəsin eşqi-elani oxumasını dinləməyib öz işi ilə məşğul olurdu. Oğullarının hərəkətindən sonra onunla ehtiyatla davranan qayınatası və qayınanansı ilə münasibətlərini yavaş-yavaş düzəltdi. Nə də olsa əkizlərinin nənəsi-babası idilər. Qızlarına bunu edə bilməzdi. Ata-anasının hər dəfə evinə qayıdış təkliflərini rədd edərək öz ayaqları üstdə dayanmağa üstünlük verirdi.

Hər nə qədər özünü eşitməməzliyi vursa da, ona təsirini göstərən dedi-qoduların sayı bitmək bilmirdi. Boşanmış gözəl qadına edilən təkliflərin rədd edilişinin nəticəsi olaraq haqqında min bir əxlaqsız söz-söhbət yayılırdı. Sevda işdə özünü soyuqqanlı aparırdısa, uşaqlarını bağçadan alıb evə gələn kimi döşəməyə diz üstə çökərək əlləri ilə üzünü örtüb ağlamağa başlayırdı. Dəniz və Ulduz analarının başına sığal çəkib nə olduğunu soruşanda cavablaya bilməyib onları bağrına basırdı.

Cavad digər kişilərdən fərqli olaraq Sevdadan nəzakətli rədd cavabını eşidən kimi bunu özünə sığışdırmayıb qara yaxanlardan deyildi. Onun sevgisi saf idi. Sevda haqqında eşitdikləri onu cin atına mindirirdi. Əgər kiminsə sevdiyi qadın haqqında artıq-əskik danışdığını eşitsə, dava salmamış sakitləşmək nədir bilmirdi. Sevda Cavadın bu qəhrəmanlığını eşitsə də, keçmiş ərinin ona vurduğu yaralardan dolayı onu lazımınca dəyərləndirə bilmirdi.

Amma bütün söz-söhbətlərə, dedi-qodulara rəğmən Sevda hələ də arzulanan qadın idi. Hətta rədd cavblarını aldıqdan sonra gizlincə onun nömrəsini yığıb səsini dinləyənlər, şəklini böyüdüb divara yağışdıranlar, siqaret tüstüsündə onun simasını canladıranlar, onun xəyalı ilə içib sərxoş olanlar, arvadlarından soyuyub fahişəxanalara üz tutanlar....

Sevdanın çıxışını pəncərədən izləyən Cavadın yumruqları ixtiyarsız açılıb yumulurdu. Onun bu hərəkətini izləyən Firuzə kandarda dayanıb göz yaşlarını zorla tutub saxlayırdı. Boğazını arıtlayıb dodaqlarını dilinin ucu ilə islatdı. Səsə Cavad çevrildi. Firuzə zoraki gülümsəyib əllindəki sənədləri onun masasına buraxdı.

Sevda dayanacağa təzəcə gəlib çatmışdı ki,  maşın sürətlə onun yanında yer aldı. Sükan arxasındakı şəxsin ona yorulmaq bilmədən "vur-tut bircə möhtəşəm gecə" təklifini irəli sürən müdiri olduğunu bildiyindən heç maşına tərəf baxmadı da. Nadir dodaqlarını çeynəyə-çeynəyə ağlını başından alan Sevdaya qanlı-qanlı baxıb sükanı az qala boğurdu. Bütün qadınlar onun yaraşıqlığından, pulundan ötrü ölərkən Sevdanı əldə edə bilməməsindən dolayı hər an partlayışa hazır mina halına gəlmişdi artıq. Sevda avtobusa minərkən simasında uşaqlığın izləri qalan gənc oğlan ayağa qalxıb ona yerini verdi. Təşəkkürünü təbəssümlə bildirib əyləşdi. Cüzdanından mələklərinin şəklini çıxardıb dodaqlarına yaxınlaşdıraraq öpdü. Onu izləyənlər anormallıqlarını gizlətmədilər düzü.

Dəniz və Ulduz anasının əllərini tutub sevinclə evlərinə doğru yol almağa başladılar...


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.027 saniye