Mənim "ilk"im
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:14 13 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Əlindəki güllə gözləyən cavan oğlan qızın universitet çıxışında rəfiqələri ilə birgə görən kimi dodağını dişlədi. Nə etsin indi? Əlindəki qızılgülü sıxıb irəli getməyə qərar verdi. Humayın yanındakı qızlar bunu görcək cəld qıza pıçıldayıb gülümsəmə ilə ayrıldılar. Oqtay gəlib qızın qarşısında duraraq təbii halı ilə gözlərinə kilidləndi. Humay sinəsinə sıxdığı kitablara göz ucu nəzər salıb yavaş-yavaş gözlərini Oqtaya qaldırdı. Hər ikisinin baxışları rastlaşanda xəfifcə gülümsəmə prosesi baş verdi.  Ətrafdakı insanlar bu 2 insana nəzər salaraq nəsə deyib işarə etməklərində idilər. Humay  cəld davranaraq uzaqlaşmağa qərar verdi. Oqtay anidən düşdüyü boşluqdan çıxaraq narahatçılıqla ətrafa göz gəzdirdi. Humayı görən kimi addımlarını sürətləndirdi. Qız onun təqibini hiss edib xoşlanırdı. Nəhayətində Oqtay qızın qolundan tutub saxlatdırdı. Hər ikisi qarşı-qarşıya dayanıb təkrar bir-birlərinin gözlərinə kilidləndilər.

-Humay, şey...Mən...

-Bəli...

-Səni...

Oqtay davamını gətirə bilmədi. Humay isə bundan əsəbiləşib təkrar uzaqlaşmağa qərar verdi. Yanaqlarına doğru süzülən 2 damcı istliyi sərtliklə silib Oqtayı söyürdü ki, qolundan yapışıb sinəsinə sıxan Oqtay əlləri ilə başına sığal çəkib qulağına astaca səslə pıçıldadı.

-Sevirəm..Bütün varlığımla...Sən mənim "ilk"imsən...

Humay aradan keçən 50 illlik həyatının başlanğıcını xatırlayıb qəbrə nəzər saldı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0217 saniye