Mənim Tanrım - Gözəllik
Xuraman tərəfindən "Esse" bolməsinə 21:08 14 fevral 2014 tarixində əlavə olunmuşdur

Tanrı.. Mən niyə bu qədər çox yazıram Ondan? Niyə bu qədər çox yaxınam Ona.. Ən yaxın dostum O`dur..
Mənim Tanrım.. Gözəllik.
Elə bir Tanrı ki, çirkin yerlərdə belə bir işıq kimi parlayır. Əlim silaha getdiyi anda mənim əlimi qələmə aparır.. O qələm ki, mənim ən böyük sillahımdır.
Həyatı yaratdı Tanrı.. Neçə pis hadisələr oldu.. Neçə "dələduzlar" gəldi bu dünyaya.. Qırdı,dağıtdı,amma yorulmadı. Neçə Barabbalar gəldi bu dünyaya..
Neçə Yəhudalar gəldi neçə İsaları öldürməyə..
Amma Yəhuda demişdi. " Sən bu insanları despotdan qurtarmağa gəlmisən, mən də səni bu insanlardan"
Mənim Tanrım "Haqq"dır..
İnsanı yaratdı.. Amma insan da "unutqanı" yaratdı.
Necə deyərlər:
"Qorxdular haqq deməyə,
Döndülər insan dedilər"


Deyir ki Tanrım.. Mənə bir dəfə "hittə" de. De ki, unudum, silim günhalarını. Amma insanlar.. "hintə" dedilər..
" Bizə yemək lazımdır- dedilər"


Amma yaradılanı sevəcəm, Yaradana xatir..

Mənim Tanrım gözəllikdir. O sizə deyir ki, necə baxarsansa elə görərsən.. O sizə deyir ki, Məni görmək üçün özünə düzgün bax..

Necə gözəldir o Tanrı..
Ruhu ayrı, bədəni ayrı gözəl yaratdı..
Mən bilirəm, bilirəm ki, hamımız Tanrının bir parçasıyıq. O gözəldir..
Deməli, biz də gözəlik..
Naxələflər var təbii ki. Amma gəl, bu dəfə tənqid etmə, Tanrının parçası..
Gəl, bu dəfə de ki, görə bilirəm. Toxuna bilirəm. Şükr edə bilirəmsə,yaşayıram..

İndi elə bir dövrdür ki, heç kimi tanımaq olmur. Heç kimə güvənmək olmur. Ayağının altını qazanı görə bilmirsən, çünki texnologiya çox inkişaf edib.

Amma insan ibtidai halında gözəldir. İnkişaf etdikcə çirkinləşir. Yəqin anladınız mən hansı "yüksəlişi" deyirəm..
Tanrı parçaları, Tanrın gözəldir.. Sən də gözəl ol..


Səncə, ən pis günlər nə üçündür? Sənin bədbəxt olduğunun bir göstəricisidir mi ki?
Yox.. Adəmoğlu,Həvvaqızı..
Tanrın darıxıb sənin səsinçün.. Dua etdiyin an keçəcək bu əzablar..
Gör necə gözəldir, Mənim Tanrım..

Gör necə mərhəmətlidir.. Görmədən sevdirir Özünü.. Sözlərinə aşiqəm onun. Görmədiyim,amma məni qoruyan əllərinə. Ətəkləri ən doğma yerimdi. Ağladığım, dualarımı verdiyim bir yerdir səcdələr..

Mənim Tanrım gözəllikdir..
Müharibələrin hakim kəsildiyi bu vaxtda, siyasətin at oynatdığı bu vaxtda ən gözəli hidayətdir.

Neçə yüz illərdir ki, peyğəmbərsiz qalıb Dünyamız. Tanrı küsübmü bizdən?
O heç küsər mi..
Sanki indi göy üzündəyəm.. Tur dağında Tanrımla danışıram.
Mənə deyir ki, "Cənnət və Cəhənnəm sənin içindədir. Sən içinə,ruhuna yaxşı bax."


Mənim Tanrım.. Gözəllikdir..


... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+39=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye