
Anlata bildimmi ya hə, yada yox ,
Eylədim seyrini, ümüdləndim çox .
Yoxluğun qəlbimə sancılan bir ox, 
Həsrəti yağdırır qar kimi telə ,
Mənim ürəyimdə söz yatır hələ. 
Bu nə sevdadır ki düşüb bəxtimə ,
Fikir müdaxilə edir hissimə ,
Əgər ki bir şübhən varsa sevgimə ,
Axım axar çaya ,qarışım selə ,
Mənim ürəyimdə söz yatır hələ. 
Sən dan ulduzusan,mənsə aypara ,
Ehtiyacım vardır sən təki yara ,
Apar gedirsənsə mənidə ora ,
Qoyma  od tutaraq alışım belə , 
Mənim ürəyimdə söz yatır hələ . 
Yazsam sətirlərə sığışmaz sözüm ,
Baxşının məftunu olmuşam özüm ,
Söylə əllərimi de necə üzüm ? 
Eşqimi bənzətmə  tufana , yelə ,
Mənim ürəyimdə söz yatır hələ .
Bir ümidə bağlı yaşadı Seymur,
Dövləti sözlərdir ,yazıb yaradır,
Bir ümman sevgini gəl sən ona sor,
Məhəbbət şairin gətirdin dilə,
Mənim ürəyimdə söz yatır hələ.
28.01.2018
