mənimlə evlənə bilərsənmi sən
Rahid Zahidoğlu tərəfindən "Şeir" bolməsinə 23:14 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Salam,ən yaxın dostum,canım sirdaşım,
Gəl,sənə ömrümdən bir az danışım.
Bilirsən necəyəm,necə biriyəm,
İmkan ver,mən sənə eşqdən danışım.

Bilirəm,sən məni dosttək sevirsən,
Mənimlə ağlayıb,mənlə gülürsən.
Amma ki mən eşqdən danışan zaman,
Özünü sən mənə düşmən bilirsən.

Sanırsan həvəsdi keçib gedəcək,
Ürəyim başqasın sevə biləcək.
Ümmanlar səmayla qovuşsa belə.
Bu qəlbim hər zaman səni sevəcək.

Sənə bir söz deyim,bir söz söyləyim,
Sevgilin olmaqdır mənim diləyim.
Doğruluq gördünsə mənim sevgimdə,
Yaxınlaş,mən sənə bir söz söyləyim.

Ömrünü mənimlə bölərsənmi sən?
Mənimlə yaşlanıb,ölərsənmi sən?
Cavab ver sevdiyim mənim sualıma.
Mənimlə evlənə bilərsənmi sən? ♥ ♥


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0244 saniye