Mənimlə nə işin?
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:27 08 aprel 2015 tarixində əlavə olunmuşdur

Əslini Kərəmindən
alıb qaçan,
Məcnunu Leylisindən 
ayrı salan dünya,
Mənimlə nə işin?
Mən ki sevmirəm...
Doğrunu gizlədib
yalan yazan kəslərə
arxa duran,
Yalan təriflərdən
doymayan dünya,
Mənimlə nə işin?
Mən ki tərifləmirəm....
Əzəldən sirrini
bilmək istəyənlər
səndən uzaq,
Bilib də kimsəyə demək
onlar üçün yasaq dünya,
Mənimlə nə işin?
Mən ki demirəm...
Yıxılana balta vuran kəslərə
həyan olan,
Halalına haram qatıb
yeyənlərə göz yuman dünya,
Mənimlə nə işin?
Mən ki yemirəm...
Yediyi hədik,
dediyi dedik,çaldığı düdüklərlə
işi olmayan dünya,
Mənimlə nə işin?
Mən ki onlar deyiləm,
Hər yetənə əyiləm....

Zərdabi.12.12.2013.(Mövlud Ağamməd)

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+9=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0933 saniye