Məntiq dərsi - 1 - SAYLAR
Magistraturaya hazırlıq tərəfindən "Elmi məqalə" bolməsinə 13:12 25 yanvar 2014 tarixində əlavə olunmuşdur

NÜMUNƏ 1

1, 2, 4, 7, ?

Bu, ən sadə saylı məntiq sual növlərindən hesab edilir. Testi həll etmək üçün əvvəl ədədlərin hansı ardıcıllıqla düzüldüyünü aşkar etmək gərəkdir. Gördüyünüz kimi, əvvəl +1, sonra +2 və daha sonra +3 olmaqla ədədlər artan sıra ilə düzülüb. Buna görə, ardıcıllığın növbəti mərtəbəsində +4 əlavə etmək lazımdır, Yəni,

1, 1+1=2, 2+2=4, 4+3=7, 7+4=11

CAVAB:11

NÜMUNƏ 2

1, 5, 3, 7, 5, 9, 7, 11, ?

Bu ardıcıllıq da bayaqkına oxşardır. Lakin bir fərq var: ardıcıllıqda ədədlər həm artan, həm azalan sıra ilə düzülüb. Buna görə, sıranı iki həmlədə nəzərdən keçirmək lazımdır. Əvvəlcə ədədlərin hansı ardıcıllıqla artdığını, sonra isə hansı ardıcıllıqla azaldığını müəyyən etmək lazımdır. Göründüyü kimi, ədədlər +4 ardıcıllığı ilə artır. Azalma ardıcıllığı isə -2`dir. Yəni,

1, 1+4=5, 5-2=3, 3+4=7, 7-2=5, 5+4=9, 9-2=7, 7+4=11, 11-2=9

CAVAB:9

 


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Magistraturaya hazırlıq
Haqqında
Magistraturaya hazırlaşanlar üçün məntiq fənnindən müxtəlif mövzularda hazırlanmış test tapşırıqlarının həlli yolları - MƏNTİQ DƏRSLƏRİ.
Əlaqə
E-mail:

Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0238 saniye