Məntiq testlərinin ŞİFRƏLƏR bölməsinə aid test tapşırıqlarında 5 söz təqdim olunur. Yadınızda saxlayın ki, bu 5 sözün hər birinə uyğun şifrələr variantlarda var. Başqa sözlə, hər variant 1 sözə uyğundur. İndi isə nümunəyə baxaq:
AZAD
ATAR
BALA
QALA
AQİL
BALA = ?
A) 9585 B) 5751 C) 6585 D) 5948 E) 5352
Test tapşırığında BALA sözünə uyğun şifrəni tapmaq bizdən tələb olunur. Variantlarda ilk olaraq 2 və 4-cü ədədləri eyni olan cavabları saxlamalıyıq. Çünki, bizim BALA sözündə 2 və 4-cü hərflər eynidir.
Bu halda, A və C variantları qalır. Bu şifrələrdən biri BALA, digəri QALA sözünündür.
İndi isə ilk rəqəmi tapmaq laımdır. Bunun üçün B və Q hərflərinin digər sözlərdə işlənib işlənmədiyini nəzərdə keçirək. Göründüyü kimi, Q hərfi AQİL sözündə də var.Ancaq B yalnız BALA sözündədir. Deməli, B hərfinin rəqəmi yalnız bir variantda gedib. Bu variant isə C-dir. Çünki 6 rəqəmi yalnız C variantındadır. 9585 şifrəsi isə QALA sözünə aiddir. Buradakı 9 rqəmi AQİL sözünə aid 5948 şifrəsində də istifadə olunmuşdur.