Məntiq Sualları
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 21:53 03 may 2014 tarixində əlavə olunmuşdur

Məntiqi Suallar

 

 

 

 

Gündəlik həyatımızda dostlarımız, müəllimlərimiz və kitablarda verilən məntiq testlərinə çox tez-tez rastlaşırıq və bu testlərin bizim məntiqimizi gücləndirdiyimizi vurğulayırlar. Onların bizim beynimizin təsvir və düşüncə gücünü artırdığını deyirlər. Guya.....

Ancaq inandırım sizi ki, dildə verilən suallara əksər halda müəllif bir məntiqsiz cavab səsləndirəcək, ya da cavabı bilən hər hansı axmaq ən məntiqli insana çevriləcək. Hansı ki, sual verən insanın cavabı hər şeyi həll edir. Əslində bu sadəcə Absurd şeylərdir. Heç düzünə qalsa Müəllif verdiyi suala əsl həyatda öz cavabını etsə 90% halda bu yalnış cavab olacaqdır. Məsəlçün bunlardan birini sizlərə səsləndirirm:

Zalım, İfritə Cadugər qadın Yaraşıqlı şəhzadəni qızılgülə çevirib və onu milyonlarca qızıl gülün arasına soxub...

Sual... Şəhzadənin sevgilisi səhər duranda hardan bilməlidir ki, Şəhzadə hansı qızılgüldür.

Siz hələ bir məntiqə baxın ki, qız öz sevgilisini səhər duran kimi axtarmağa gedir. Heç belə götürsən qıza şəhzadə yox onun qəsri lazımdır. Ümumiyyətlə Zalım İfritənin işi gücü qurtarıb ya mırtdaşmağa adam tapmayıb gəlib şəhzadəni qızılgülə çevirməyə. Siz bilmirsiz o İfritə əslində məktəblər arası məntiq yarışıları keçirən qadındır. Səhvən nağılın içinə düşüb, başlayıb bambılılıq edib, Şəhzadə ilə mırtdaşmağa...

Hələ bir cavaba diqqət edin... qız gəlib görür ki, bütün qızılgüllərin hamısının üstündə şeh var, bircə bu gədənin üstündə yoxdu. Şəhzadə budur deyir və gül Şəhzadəyə çevrilir...

Mən başa düşə bimirəm İfritə bu Şəhzadəni yuxudan duran kimi qızılgülə çevirib?! Həm də axşamdan qızılgülə çevirməyib, səhərə saxlayıbsa yenə də digər güllər külək vasitəsilə şəhzadəyə şeh salmalıydı.

Yəni əziz oxucular sizə demək istədiyim, bu məntiqsiz testləri həll edə bilmirsinizsə belə ürəyinizi sıxmağa dəyməz. Onları da hansısa, sizin kimi insanlar yazıb və səhv də olsalar müəllifin özünə məxsus cavabları olacaq. Əgər məntiqinizi işlətmək istəyirsinizsə Video Yazılara diqqətlə baxın. Çünki ora düşüncəsiz müəllifin təsviri deyil, realda olan bütün hadisələr canlanacaq.


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0303 saniye