Mərhəmət sevginin bir parçasıdır. Bu səbəbdən, həqiqi sevginin yaşana bilməsi üçün mərhəməti də tam olaraq başa düşmək lazımdır. Peyğəmbərimizin (s.ə.v.) mərhəməti bu mövzuda bütün müsəlmanlar üçün çox gözəl bir örnəkdir. Allah Quranda hz. Muhəmmədin (s.ə.v.) bu yüksək əxlaqından belə bəhs edir:
«Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizi çox istəyir, möminlərə şəfqətlidir, mərhəmətlidir!» (Tövbə surəsi, 128)
Mərhəmətli insan ətrafındakı şəxslərin sıxıntı içində yaşamasını istəməz; öz həyatı, sağlığı, rahatlığı nə qədər əhəmiyyətlidirsə, ətrafındakı insanların həyatı, sağlığı və rahatlığı da ən azı o qədər əhəmiyyətli və hətta öz həyatından daha vacib olur. Buna görə mərhəmətli bir insanın ən mühüm xüsusiyyətlərindən biri ətrafındakı şəxslərin çətinliklərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.
Peyğəmbərimiz (s.ə.v.) möminlərə bütün insanlara qarşı mərhəmətli olmalarını belə tövsiyə etmişdir.:
«Mərhəmətli olmadıqca iman gətirmiş olmazsınız». Dedilər: «Ey Allahın Rəsulu! Hamımız mərhəmətliyik». Dedi: «Xeyr, bunda məqsəd əhlinizə olan mərhəmətiniz deyil, əksinə, xalqa, insanlara olan mərhəmətinizdir».